"Sumqayıt"da növbəti ayrılıq

Yeni mövsümə hazırlaşan "Sumqayıt"da daha bir ayrılıq reallaşıb.
"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Murad Xaçayevlə vidalaşıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
27 yaşlı oyunçu 2018-ci ildən "Sumqayıt"da çıxış edib.
Qeyd edək ki, sumqayıtlılar daha əvvəl Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla əməkdaşlığı dayandırıblar.