Millimiz dünya çempionatına hazırlığı Şamaxıda davam etdirir

 Millimiz dünya çempionatına hazırlığı Şamaxıda davam etdirir

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlığı Şamaxıda davam etdirir.

Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Təlim-məşq toplanışında əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Məşqlər dözümlülük, güc və funksional hazırlığın inkişafı istiqamətində qurulub.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.