"Traktor" İran çempionatında əzəli rəqibini son dəqiqə qolu ilə üstələdi
Futbol üzrə İran Pro Liqasında 3-cü turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu doğma Təbrizdə "Persepolis"lə qarşılaşıb.
Paytaxt təmsilçisi üzərində son dəqiqə qolu ilə qələbə (1:0) qazanan "al qurdlar" 9 xalla "İstiqla"la şərikli liderliyi davam etdirirlər.
Xatırladaq ki, təbrizlilər əvvəlki turlarda "Sepahan" və "Peykan"ı məğlub ediblər.


