Türkiyə Futbol Federasiyası 151 hakimi işindən kənarlaşdırdı
 
                                Türkiyə Futbol Federasiyası (TFF) adları mərc oyunlarında hallanan hakimlərlə bağlı yekun qərarını elan edib.
"Mediasport" xəbər verir ki, qurum 151 hakimi müəyyən müddətlərə futboldan uzaqlaşdırıb.
Onlardan bəziləri 8, bəziləri 10, bəziləri isə 12 ay müddətinə diskvalifikasiya olunublar.
Yüksək kateqoriyalı hakim Zorbay Küçüklə bağlı hüquqi araşdırmalar davam etdirilir.
Xatırladaq ki, TFF rəhbəri İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesablarının olduğunu açıqlamışdı.
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
