14 komanda 1/8 finala vəsiqə qazandı - Dünya çempionatı

 14 komanda 1/8 finala vəsiqə qazandı - Dünya çempionatı

Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən klublararası dünya çempionatında artıq 14 kollektiv 1/8 finala vəsiqəni təmin edib.

"Mediasport" xəbər verir ki, ABŞ-də baş tutan mundialda pley-offa çıxan komandalardan dördü Braziliyanı təmsil edir:

"İnter Mayami" (ABŞ), "Flamenqu, "Palmeyras", "Botafoqo", "Fluminense" (hamısı Braziliya), PSJ (Fransa), "Çelsi", "Mançester Siti" (hər ikisi İngiltərə), "Yuventus", "İnter" (hər ikisi İtaliya), "Borussiya" (Dortmund), "Bayern" (hər ikisi Almaniya), "Benfika" (Portuqaliya) və "Monterrey" (Meksika).

1/8 finala son iki yerin sahibi bu gecə yarısı Madrid "Real"ının da yer aldığı H qrupunda müəyyənləşəcək.

Qeyd edək ki, dünya çempionatı iyulun 13-də yekunlaşacaq.