UEFA AFFA-nın əmkdaşını Stadion inspektoru vəzifəsinə təyin etdi

 UEFA AFFA-nın əmkdaşını Stadion inspektoru vəzifəsinə təyin etdi

AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA tərəfindən Stadion inspektoru vəzifəsinə təyin olunub.

"Mediasport" xəbər verir ki, Sabir İsmayılov Avropa klub yarışlarının oyunlarından əvvəl stadionların UEFA-nın müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayacaq.

Yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, həmçinin oyunların təhlükəsiz və fasiləsiz keçirilməsi üçün zəruri infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.