Paytaxt klubu Azərbaycanın bu rayonunu təmsil edəcək - RƏSMİ

Paytaxt klubu Azərbaycanın bu rayonunu təmsil edəcək - RƏSMİ

"Səbail" futbol klubunun Quba şəhərini təmsil edəcəyi dəqiqləşib.

"Mediasport" xəbər verir ki, bu barədə təqdimat mərasimində məlumat paylaşılıb.

Bildirilib ki, komanda bundan sonra "Quba" adlanacaq.

Həmçinin İdarə Heyətinin üzvləri açıqlanıb.

Mirzə Bayrampur İdarə Heyətinin rəhbəri, Amin Məmmədov və Sərxan İbrahimov isə İdarə Heyətinin üzvləri kimi fəaliyyət göstərəcəklər.