UEFA-dan FİFA-ya "tərs şillə": Superkubokun finalı ona tapşırıldı

UEFA-dan FİFA-ya "tərs şillə": Superkubokun finalı ona tapşırıldı

Fransanın PSJ və İngiltərənin "Aston Villa" komandaları arasında baş tutacaq UEFA Superkuboku uğrunda matça hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşma futbol üzrə dünya çempionatına təyinat alsa da, ABŞ-yə buraxılmayan FİFA referisi Omar Artana həvalə edilib.

Oyun avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən "Red Bull Arena"da keçiriləcək.

Xatırladaq ki, Somali ABŞ-yə səyahət qadağası siyahısında yer alan ölkələrdəndir.