"Top-5" çempionatlardakı klublar transferlərə nə qədər pul xərcləyib?

Avropanın "Top-5" liqasında 1 iyun - 18 avqust aralığında transferlərə ən çox xərc çəkən çempionatların adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, İngiltərə Premyer Liqa klubları futbolçu keçidlərinə ümumilikdə 2388 milyon avro xərcləyib.
Digər çempionatların sıralaması belədir: İtaliya A Seriyası (911 milyon avro), Almaniya Bundesliqası (597 milyon avro), İspaniya La Liqası (519 milyon avro), Fransa Liqa 1 (477 milyon avro).
Türkiyə Super Liqası klubları isə transferlərə 207 milyon avro ayırıb.