Valideynlər "Turan Tovuz"un akademiyasına niyə toplaşdılar?

 Valideynlər "Turan Tovuz"un akademiyasına niyə toplaşdılar?

"Turan Tovuz" Futbol Akademiyasında valideynlərlə görüş keçirilib.

"Mediasport" xəbər verir ki, U-9, U-10 və U-11 komandalarının üzvlərinin valideynləri ilə məşqçi heyətinin görüşü yeni mövsümün startı ilə əlaqədar olub.

Görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.

Növbəti belə görüş 12, 13 və 14 yaşlılardan ibarət komandalarımızın üzvlərinin valideynləri ilə olacaq.