Yığmamızın Avropa çempionatına hazırlıq məqsədli heyəti açıqlandı

 Yığmamızın Avropa çempionatına hazırlıq məqsədli heyəti açıqlandı

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün ilkin heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, Baş məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda bu matçlara hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına başlayıb.

Heyət belədir: Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı.

Milliləşdirilmiş ABŞ-li Vesli Van Bek düşərgəyə Şimali Makedoniyada qoşulacaq.

Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 basketbolçu millinin əsas heyətinə cəlb olunacaq.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç sonra Bakıda Lüksemburq komandası ilə qarşılaşacaq.