Yığmalarımız 1/4 finala çıxdılar

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandaları Litvanın Vilnüs şəhərində təşkil olunan U-20 Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatına uğurla başlayıblar.
"Mediasport" xəbər verir ki, hər iki yığmamız 1/4 finala vəsiqə qazanıb.
Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü 2:0 hesabı ilə Ermənistan komandasına qalib gələrək mərhələ adlayıb.
İlkin mərhələdə Gürcüstan təmsilçilərinə 2:1 hesabı ilə qalib gələn Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib.
İyunun 29-da yekunlaşacaq yarışda Azərbaycan iki qız və iki oğlan voleybolçu ilə təmsil olunur.
İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.