Azərbaycan yığması dünya reytinq cədvəlində 6 pillə irəlilədi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya reytinqin cədvəlində irəliləyib.
"Mediasport" xəbər verir ki, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) məlumat yayıb.
6 pillə irəliləyən yığmamız 379,25 xalla dünya sıralamasında 29-cu, Avropa reytinqində 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, komandamız iyulda Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub.


