Həvəskarlar liqasının matçını stadiondan 4700 azarkeş izlədi!
AFFA Region Liqasında 2-ci turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, yarışın “Lənkəran” - “Naxçıvan” oyununda əsl anşlaq yaşanıb.
Lənkəran şəhər stadionunda baş tutan qarşılaşmanı 4700 azarkeş izləyib.
Cənublular rəqibini darmadağın ediblər - 8:0.
Xatırladaq ki, Region Liqası Azərbaycanda rəsmi şəkildə təşkil edilən futbol çempionatları (Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqa) arasında səviyyəcə ən aşağı olandır.
