Yığmamız Tbilisidə Dünya Kubokunda iştirak edəcək

Parapauerliftinq üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək.
"Mediasport" xəbər verir ki, yarış mayın 10-12-si aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.
Turnirdə Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq), Talib Zeynalov (+107 kq), Zəhra Dadaşova (61 kq) və Leyla Kərimova (73 kq) mübarizə aparacaqlar.