Yığmamız "Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nda

 Yığmamız "Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nda

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) komandası Fransanın paytaxtı Parisdə keçiriləcək "Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"na qatılacaq.

"Mediasport" xəbər verir ki, yarış iyulun 6-11-i aralığında baş tutacaq.

Yığmamız B qrupunda Namibiya, ABŞ və Qvatemala kollektivləri ilə mübarizə aparacaq.

Turnir Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur. Yarışda 24 – 12 kişi və 12 qadın komandası iştirak edəcək.