ABŞ və Rusiya klubları Mahir Emrelini transfer etmək istəyir

Mövsümün sonunda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”dən ayrılacağı dəqiqləşən Mahir Emreli təklifləri nəzərdən keçirir.
"Mediasport" xəbər verir ki, yığmamızın hücumçusu ilə Rusiya və ABŞ klubları da maraqlanır.
Məlumata görə, Almaniyada qalacağı ehtimal olunan 28 yaşlı forvard karyerasını Moskva "Dinamo"sunda da davam etdirə bilər.
Bundan başqa, ABŞ-nin MLS klubları da Mahiri transfer etmək istəyir.
Qeyd edək ki, futbolçu "Nürnberq"də ötən yaydan forma geyinir.