"Böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq"

"Böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq"

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 milli komandasına baş məşqçi təyin edilən Ayxan Abbasov deyib.

Bu gün AFFA ilə iki illik müqavilə bağlayan mütəxəssis yığmamıza təyinatı haqda danışıb:

"İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq. Üzərimizə çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və əsas millimizə namizəd olmasıdır”.

Qeyd edək ki, Ayxan Abbasov "Şamaxı" komandasında baş məşqçi vəzifəsini də davam etdirəcək.