Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində yarışacaqlar
Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada böyüklər arasında Avropa Açıq Turnirində mübarizə aparacaqlar.
"Mediasport" xəbər verir ki, ölkəmiz yarışda 5 çəki dərəcəsində 15 kişi cüdoçu ilə təmsil olunacaq.
Turnir iyunun 27-28-də baş tutacaq.
komandaya kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.
Avropa Cüdo Birliyinin təşkil edəcəyi yarışda 38 ölkədən 444 idmançı gücünü sınayacaq.
60 kq
Murad Əliyev
Babarəhim Mirzəyev
66 kq
İslam Rəhimov
Nazir Talıbov
Hüseyn Allahyarov
Yaşar Nəcəfov
Rəşad Yelkiyev
Elşən Əsədov
73 kq
İbrahim Əliyev
Kamran Süleymanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev
90 kq
Xəyyam Əliyev
100 kq
Elmar Qasımov
Əjdər Bağırov


