"Zirə" 3 ay əvvəl transfer etdiyi legionerlə yollarını ayırdı - RƏSMİ

"Zirə"də gözlənilməz ayrılıq yaşanıb.
"Mediasport" xəbər verir ki, "qartallar" Vensan Til ilə yollarını ayırıblar.
Komandaya 3 ay əvvəl - iyulun 8-də 1+1 illik müqavilə əsasında cəlb olunmuş 25 yaşlı vingerlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.
Lüksemburqlu qəsəbə klubunun heyətində debüt etməyib.
Xatırladaq ki, yarımmüdafiəçi ölkəmizdə daha əvvəl “Sabah”da oynayıb.