Azərbaycanlı hakimlər ilk dəfə DÇ-nin final mərhələsində yer aldılar

Azərbaycanlı hakimlər ilk dəfə DÇ-nin final mərhələsində yer aldılar

FİFA referisi Elçin Məsiyev 19 noyabr-13 dekabr aralığında Qətərdə keçiriləcək U-17 dünya çempionatında Azərbaycanı baş hakim kimi təmsil edəcək.

"Mediasport" xəbər verir ki, mundiala yan xətt hakimlərimiz - Elşad Abdullayev və Pərvin Talıbov da təyinat alıblar.

FİFA-nın yekun siyahısına əsasən, altı konfederasiyadan ümumilikdə 27 hakim briqadası iş başında olacaq.

Bu, Azərbaycan futbolu hakimliyi adına ilk belə hadisə olacaq.

Xatırladaq ki, DÇ-də 48 ölkə 12 qrupda mübarizə aparacaq.

UEFA (Avropa) 11 ölkə, KAF (Afrika) 10 ölkə, AFC (Asiya) 9 ölkə (ev sahibi Qətər daxil olmaqla), KONKAKAF (Şimali, Mərkəzi Amerika) 8 ölkə, KONMEBOL (Cənubi Amerika) 7 ölkə və OFC (Okeaniya) 3 ölkə ilə təmsil olunacaq.