Asim Xudiyev Albaniyaya gedir
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.


