2025-ci ildə dünyada futbol üzrə ən yaxşı kişi hakiminin adı açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2025-ci ilin ən yaxşı kişi hakimini müəyyən edib.
"Mediasport" xəbər verir ki, qalib Kleman Türpin olub.
Fransalı hakim 65 xal toplayıb.
O, həmyerlisi Fransua Leteksye və polşalı Şimon Marçinyakı qabaqlayıb. Hər iki referi 55 xal qazanıb.
