Avropa çempionatı başlanır: 5 cüdoçumuz mübarizəyə qoşulacaq

Bu gün Monteneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın beş təmsilçisi mübarizəyə qoşulacaq.
Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) tatamiyə çıxacaqlar.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.