AÇ-də Çexiya - İngiltərə oyununu Elçin Məsiyev idarə edəcək

AÇ-də Çexiya - İngiltərə oyununu Elçin Məsiyev idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyevin Slovakiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında idarə edəcəyi ilk oyun müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 33 yaşlı referi B qrupundakı Çexiya - İngiltərə matçında ədaləti qoruyacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək gösətərəcəklər. İtaliyalı Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da alman Sören Storks, AVAR-da italyan Daniele Çiffi əyləşəcəklər. Hakim-inspektor sloveniyalı Darko Çeferin olacaq.

Qeyd edək ki, Çexiya - İngiltərə oyunu iyunun 12-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.