"Neftçi"dən erməni futbolçu ilə bağlı yayılan iddiaya AÇIQLAMA
"Absurd və tamamilə əsassız xəbərdir. Kim yazıbsa, yalnız şəxsi məqsədini güdüb".
Bu sözləri "Mediasport"a açıqlamasında "Neftçi"nin Media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
Paytaxt klubunun rəsmisi Belarus mətbuatında yayılan "Neftçi" Karen Vardanyanı transfer etmək istəyir" xəbərinə münasibət bildirib:
"Belə bir məsələ, transfer bizim gündəmimizdə, planımızda deyil, ola da bilməz. Komanda hazırda çempionata hazırlaşır, hərə öz işindədir.
Azarkeşlərimizdən xahiş edirik ki, belə əsassız, boş xəbərlərə inanmasınlar. Xüsusilə xarici mətbuatda çox futbolçunun adı "Neftçi" ilə hallandırılır. Belə xəbərlərin heç biri həqiqətə uyğun deyil".
