Ad dəyişən klubdan yeni transfer
1-ci Liqada yeni mövsümə hazırlaşan “Gəncəbasar” heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, Gəncə klubu Nihat Fərəci ilə anlaşıb.
23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. Onun son klubu “Kəpəz” olub.
Xatırladaq ki, "Gəncəbasar" bunadək "Cəbrayıl" adı altında fəaliyyət göstərib.


