"Sabah" milyonlar qazanacaq

"Sabah" milyonlar qazanacaq

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn “Sabah” büdcəsini xeyli zənginləşdirəcək.

"Mediasport" xəbər verir ki, yarışda 3 rəqibini mübarizədən kənarlaşdıran "bayquşlar" milyonlar qazanacaq.

Komanda ÇL-in Liqa mərhələsinə vəsiqə qazana bilməsə, minimum 17 milyon manat əldə edəcək.

Azərbaycan çempionu əsas raunda yüksəlsə, qazanc avtomatik artacaq.

Onadəksə “Sabah” pley-offa çıxmaqla UEFA Avropa Liqasının əsas mərhələsini qarantilədiyi üçün 4,29 milyon avro irəli düşəcək.

İştirak və ardıcıl qələbələrə görə gəlirlər isə 4,31 milyon avrodur.

Minimum 8,6 milyon avronu (16 milyon 864 min 600 manat) rəsmiləşdirən təmsilçimiz ümumilikdə təxminən 20,7 milyon avro (40 milyon 592 min 700 manat) vəsaitə yiyələnəcək.