Azərbaycan Kuboku: 1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

Azərbaycan Kuboku: 1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinin proqramı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, raundun qarşılaşmaları üç oyun günündə keçiriləcək.

Bütün matçlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Azərbaycan Kuboku. 1/4 final. Cavab oyunları


3 mart

19:00. "Zirə" - "Sumqayıt"

Zirə İdman Kompleksinin stadionu


4 mart

19:00. "Qarabağ" - "Şamaxı"

Tofiq Bəhramov adına Respublika stadionu


5 mart

14:30. "Kəpəz" - "Turan Tovuz"

Yevlax şəhər stadionu


18:00. "Qəbələ" - "Sabah"

Qəbələ şəhər stadionu