Millimizin üzvü Türkiyə klubu ilə bir illik müqavilə imzaladı - FOTO

Millimizin üzvü Türkiyə klubu ilə bir illik müqavilə imzaladı - FOTO

Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının üzvü komandasını dəyişib.

"Mediasport" xəbər verir ki, müdafiəçi "Ünyespor"dan ayrılıb və "Amedspor"la anlaşıb.

Əhmədova ilə 1 illik müqavilə imzalanıb.

Ayşən karyerası ərzində Türkiyənin "ALG Sports, "Çaykur Rizəspor", "Fomget" və Yunanıstanın PAOK klublarının formasını geyinib.