AFFA nümayəndəsi “Future Leader in Football 2025" proqramında

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin mütəxəssisi Nərmin Sidaliyeva Almaniyanın Lörrax şəhərində təşkil olunan “Future Leader in Football 2025" (Futbolda Gələcək Liderlər) proqramına qatılıb.
"Mediasport" xəbər verir ki, DFB, Alman Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ) və “Volkswagen” tərəfindən təşkil olunan proqramda 25 fərqli ölkədən qadın iştirakçılar yer alıb.
Proqramın təşkilində məqsəd gender bərabərliyi, qadın liderliyinin gücləndirilməsi və qadınların futboldakı rolunun artırılması olub.
Həmçinin iştirakçılara liderlik, strategiya qurmaq, sosial dəyişiklik təşviq etmək və beynəlxalq şəbəkə qurmaq bacarıqları öyrədilib.
Tədbirdə təqdimatçı kimi iştirak edən nümayişçi qonaqlar arasında UEFA-nın vitse-prezidenti Laura Makallister, Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness, UEFA-nın Qadınlar Futbolu direktoru Nadine Kessler, eyni zamanda Aleksandra Popp və Cessika Libbertz kimi nüfuzlu şəxslər yer alıblar.