Zümrüd Ağayeva AÇ-nin final mərhələsinin 8 oyununda olacaq

Zümrüd Ağayeva AÇ-nin final mərhələsinin 8 oyununda olacaq

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. 

Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi olacaq.

AFFA rəsmisi A qrupunun İsveç - Polşa (27 iyun), Bosniya və Herseqovina - İsveç (30 iyun), Polşa - Bosniya və Herseqovina (3 iyul), B qrupunun Avstriya - İslandiya (28 iyun), Avstriya - İsveçrə (1 iyul) və İspaniya - Avstriya (4 iyul) qarşılaşmalarında iş başında olacaq.

UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib.

Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.