"Qarabağ" "Dinamo" ilə matç üçün 20 futbolçu sifariş etdi - SİYAHI

"Qarabağ" "Dinamo" ilə matç üçün 20 futbolçu sifariş etdi - SİYAHI

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə qarşılaşacaq "Qarabağ"ın Ukrayna təmsilçisi ilə ilk oyun üçün sifariş ərizəsi açıqlanıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu avqustun 6-da Polşada baş tutacaq matçda 20 futbolçunun xidmətindən yararlanacaq.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Martin Zlomisliç, Mateuş Koxalski;

Müdafiəçilər: Mateus Silva, Bençe Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: Marko Yankoviç, Coni Montiel, Kadi Borges, Cebrail Makreçskis, Pedro Bikalyo, Samuel Lobato;

Hücumçular: Jali Muaddib, Abdullah Zubir, Aleksey Kaşşuk, Musa Qurbanlı, Renaldo Sefas.

"Lublin Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlanacaq.