Afrika Millətlər Kubokunda 1/4 final cütləri məlum oldu - TƏQVİM

Afrika Millətlər Kubokunda 1/4 final cütləri məlum oldu - TƏQVİM

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 finala yekun vurulub.

"Mediasport" xəbər verir ki, 4-cü pley-off günündə 1/4 finala yüksələn son iki yığma da məlum olub.

Əlcəzair əlavə olunmuş dəqiqələrdə Konqo Demokratik Respublikasını tək qolla (1:0) keçibsə, Fil Dişi Sahili yığması 90 dəqiqə ərzində Burkina Faso futbolçularına şans verməyib (3:0).

Beləliklə, Misir, Nigeriya, Seneqal, Mali, Mərakeş, Kamerun, Əlcəzair və Fil Dişi Sahili milliləri adlarını 1/4 finala yazdırıblar.

Yarımfinal uğrunda oyunlar yanvarın 9 və 10-da keçiriləcək.

Turnir yanvarın 18-də yekunlaşacaq.


Afrika Millətlər Kuboku. 1/4 final


Mali - Seneqal

Kamerun - Mərakeş

Əlcəzair - Nigeriya

Misir - Fil Dişi Sahili