Arda Turanın komandası İngiltərə təmsilçisinə qarşı - Konfrans Liqası

Arda Turanın komandası İngiltərə təmsilçisinə qarşı - Konfrans Liqası

Bu gün UEFA Avropa Konfrans Liqasında da yarımfinal mərhələsinin ilk oyunları baş tutacaq.

"Mediasport" xəbər verir ki, raundun matçları eyni saatda start götürəcək.

Türkiyəli Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Polşada İngiltərənin "Kristal Pelas" komandasını qəbul edəcək.

Cavab görüşləri mayın 7-də keçiriləcək.


UEFA Avropa Konfrans Liqası. Yarımfinal. İlk oyunlar


23:00. "Rayo Valyekano" (İspaniya) – "Strasburq" (Fransa)

23:00. "Şaxtyor" (Ukrayna) – "Kristal Pelas" (İngiltərə)