İspaniya La Liqasını tərk edəcək daha bir komanda müəyyənləşdi

Futbol üzrə ispaniya La Liqasını tərk edəcək daha bir komanda müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Las Palmas" yeni mövsümə ikinci liqada başlayacaq.
İspaniyalı Dieqo Martinesin baş məşqçisi olduğu kollektiv Primeranın 36-cı turunda "Sevilya"ya uduzmaqla (0:1) çempionatda qalmaq şansını itirib.
Aktivində 32 xalı olan "Las Palmas" 20 komanda arasında 19-cu sırada qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl “Valyadolid”in liqadan düşəcəyi dəqiqləşib.