Afrika Millətlər Kubokunda yarımfinal cütləri müəyyənləşdi
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 1/4 finalın ikinci oyun günündə Misir Fil Dişi Sahili, Nigeriya isə Əlcəzair yığması üzərində qələbə qazanıb.
Beləliklə, final uğrunda mübarizədə Seneqal seçməsi Misir, Nigeriya futbolçuları Mərakeş millisi ilə qarşılaşacaq.
Turnir yanvarın 18-də yekunlaşacaq.
Afrika Millətlər Kuboku. Yarımfinal
14 yanvar
21:00 Seneqal - Misir
15 yanvar
00:00 Nigeriya - Mərakeş
