"Böyük beşlik" çempionatları nə vaxt start götürəcək? - TARİX

"Böyük beşlik" çempionatları nə vaxt start götürəcək? - TARİX

Azarkeşlərin səbirsizliklə gözlədiyi 2025/2026-cı illər futbol mövsümü (ÇL, AL, KL, bəzi daxili çempionatlar və.s.) ümumilikdə start götürüb.

"Mediasport" xəbər verir ki, lakin dünya üzrə futbol ictimaiyyətinin ən çox diqqətdə saxladığı "Böyük beşlik" ölkələrinin daxili birinclikləri hələ başlanmayıb.

"Qara qitə"nin aparıcı futbol çempionatlarının strartına az vaxt qalıb.

Avropanın "Top-5" liqalarında yeni mövsümün başlanma tarixlərini təqdim edirik:


1. İngiltərə Premyer Liqası - 15 avqust 2025

2. İspaniya La Liqası - 15 avqust 2025

3. Fransa Liqa 1 - 15 avqust 2025

4. Almaniya Bundesliqası - 22 avqust 2025

5. İtaliya A Seriyası - 23 avqust 2025