"Neftçi" Sumqayıt səfərində, "Zirə" "Şəfa"nı sınağa çəkir - YENİLƏNİR
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün ilk turu davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma keçiriləcək.
"Neftçi" Sumqayıt səfərində meydana çıxacaq.
Debütant "Şəfa" isə Zirədə eyniadlı komandanın qonağı olacaq.
Tura sabah yekun vurulacaq.
Xatırladaq ki, əvvəlki matçlarda "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib, "Araz-Naxçıvan" "İmişli" ilə qolsuz bərabərə qalıb.
Azərbaycan Premyer Liqası. 1-ci tur
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“SOCAR Polymer Arena”, 19:00
“Zirə” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Zirə İdman Kompleksinin stadionu, 21:00


