"Araz-Naxçıvan" Yüksək Liqada "Neftçi" ilə xalları bərabərləşdirib 20-ci dəfə ölkə çempion oldu

"Araz-Naxçıvan" Yüksək Liqada "Neftçi" ilə xalları bərabərləşdirib 20-ci dəfə ölkə çempion oldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında çempion müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qızıl medalları "Araz-Naxçıvan" qazanıb.

Yevgeni Kukseviçin komandası final xarakteri daşıyan sonuncu - 20-ci turda çempion olmaq üçün 3 top üstünlüklə məğlub etməli olduğu "Neftçi"yə 5:2 hesabı ilə qalib gəlib.

Bununla da "Araz-Naxçıvan" turnir cədvəlini 52 xalla lider tamamlayaraq Yüksək Liqanı qalib kimi başa vurub.

Eyni xala malik "Neftçi" əlavə göstəricilərə görə gümüş medalçı olub.

Xatırladaq ki, bu, "Araz-Naxçıvan"ın 20-ci çempionluğudur.

Liqanın bürünc medallarını isə "Baku Fire" əldə edib.