Azərbaycan Kuboku: "Araz-Naxçıvan" yenidən "Neftçi"yə qarşı
Bu gün futzal üzrə Azərbaycan Kubokunda qalib komandanın adı müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, həlledici qarşılaşmada turnirin son qalibi "Araz-Naxçıvan" "Neftçi" ilə qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq final oyunu saat 16:00-da start götürəcək və "CBC Sport" ilə canlı izləmək mümkün olacaq.
Xatırladaq ki, bu komandalar bir neçə gün öncə Azərbaycan Yüksək Liqasının sonuncu - 20-ci turunda da üz-üzə gəlmişdilər.
Həmin görüşdə "Araz-Naxçıvan" rəqibini 5:2 hesabı ilə məğlub edərək turniri qalib başa vurub.
Azərbaycan Kuboku
21 may
16:00. "Araz-Naxçıvan" - "Neftçi"
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev
Ehtiyat hakim: İmran Məhərrəmov
Hakim-inspektor: Əfqan Həmzəyev
Bakı İdman Sarayı.


