Arda mövsümün məşqçisi seçildi
Futbol üzrə Ukrayna Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bu ada "Şaxtyor"un türkiyəli çalışdırıcısı Arda Turan layiq görülüb.
Başa çatan sezonda Donetsk təmsilçisini ölkə çempionu edən mütəxəssis klublar arasında keçirilən ənənəvi sorğunun nəticələrinə əsasən qalib olub.
Sıralamada ikinci yeri LNZ-dən Vitali Ponomaryov, üçüncü yeri isə “Polessye”dən Ruslan Rotan tutub.
Qeyd edək ki, komanda Arda Turanın rəhbərliyi altında UEFA Avropa Konfrans Liqasında da yarımfinala qədər irəliləyib.


