Fransa millisi 9 xalla lider oldu, Norveç pley-offa 2-ci yerlə çıxdı
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü Dünya Kuboku davam edir.
"Mediasport" xəbər verir ki, daha bir qrupda 3-cü tura yekun vurulub.
I qrupunda baş tutan iki görüşlə Fransa yığmasının liderliyi, Norveç millisinin 2-ci yeri tutması rəsmiləşib.
Son dünya çempionatının finalçıları "vikinqlər"lə dueldə rəqibinə güzəştə getməyiblər - 4:1.
Qrupun bəxtsiz kollektivlərindən, ilk iki turda Fransa və Norveçə uduzan Seneqal futbolçuları isə İraq yığmasının qapısından 5 cavabsız top keçirməklə ən yaxşı üçüncü olmağa ümid bağlayıblar.


