Arda Turan "Şaxtyor"u vaxtından əvvəl Ukrayna çempionu etdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, türkiyəli Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" erkən çempionluğunu sona 3 tur qalmış rəsmiləşdirib.
27-ci turda "Poltava"nın qapısından 4 cavabsız top keçirən Donetsk təmsilçisi ən yaxın izləyicisi "Polessye" ilə fərqi 11 xala çatdırıb.
Beləliklə, Arda Turan Ukrayna klubunda ilk mövsümünü qızıl medallarla başa vurub.
Çempionluq “Şaxtyor”un tarixində 16-cı birinciliyi olub.
