DÇ-2026: Daha dörd matçın ən yaxşı futbolçuları müəyyənləşdi
Dünya çempionatının 2-ci turunun I və J qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Argentina - Avstriya matçında (2:0) bu ada 39 yaşlı superulduz Lionel Messi layiq görülüb.
Fransa - İraq duelində (3:0) dubl edən hücumçu Kilian Mbappe seçilib.
Norveç - Seneqal görüşündə (3:2) iki qol vuran forvard Erlinq Halaand oyunun ən yaxşısı adına sahib çıxıb.
İordaniya - Əlcəzair oyununda (1:2) İbrahim Maza mükafatlandırılıb.


