Türkiyə yığmasının futbolçusu "Yuventus"la müqaviləni uzatdı
Türkiyə milli komandasının futbolçusu Kənan Yıldız “Yuventus”la yeni müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, İtaliya nəhəngi ilə anlaşma 2030-cu ilədək nəzərdə tutulub.
Turin klubunun 20 yaşlı kapitanı 2023-cü ildən A Seriyasında çıxış edir.
İstedadlı vinger "qoca sinyora"nın A komandasında ümumilikdə 84 oyun keçirib.
Yıldız cari mövsüm forma geyindiyi 31 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
