"Qarabağ"ın üzvü 1/4 finalda səfər qolu prinsipinə görə məyus oldu

"Qarabağ"ın üzvü 1/4 finalda səfər qolu prinsipinə görə məyus oldu

"Qarabağ"ın futbolçusu Renaldo Sefas Yamayka milli komandasının heyətində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, vinger KONKAKAF Millətlər Liqasının A Liqasında Meksika yığması ilə 1/4 finalın cavab görüşündə meydana çıxıb.

Qarşılaşma 1:0 hesabı ilə meksikalıların xeyrinə yekunlaşıb. Ümumi hesab bərabər olsa da, Sefasın komandası mübarizəni dayandırıb.

Buna səbəb səfər qolu prinsipinin turnirdə ləğv edilməməsidir.

Qeyd edək ki, yamaykalılar ilk görüşdə 3:2 hesablı qələbə qazanmışdılar.

Ağdam klubunun vingeri cavab matçında 90 dəqiqə meydanda olub.