UEFA yeni qayda tətbiq edəcək: Millimizin AÇ-2028 rəqibləri ilə səfər çətinlikləri nəzərə alınacaq
UEFA futbol üzrə 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı komandaların səfər məsafələri ilə bağlı müəyyən çətinliklər və məhdudiyyətləri nəzərə alacaq.
"Mediasport" xəbər verir ki, ali təşkilat bəzi ölkə cütlükləri arasında məsafənin həddindən artıq uzun olması səbəbindən onların eyni qrupa düşməsinə məhdudiyyət tətbiq etməyi nəzərdə tutub.
Məhdudiyyətlər birbaşa uçuş müddəti və yerüstü əməliyyatları nəzərdə tutulan maksimum 8 saat və daha çox təşkil edən səfərlər üçün planlaşdırlır.
Komandaların səfər yükünü azaltmaq məqsədilə belə ölkə cütlükləri üzrə yalnız bir yığmanın eyni qrupda yer alması təmin ediləcək.
Azərbaycan millisinə gəlincə, qaydalar yığmamıza da şamil olunacaq.
Məsələn, komandamız Cəbəllütariq, İslandiya və ya Portuqaliya ilə eyni qrupa düşsə, uzunməsafəli səfər şərti və güzəştlər qüvvəyə minəcək.
Qeyd edək ki, AVRO-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.

