Azərbaycan millisi Avropa çempionatını qələbə ilə başa vurdu

Azərbaycan millisi Avropa çempionatını qələbə ilə başa vurdu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millsi 2027-ci il Avropa çempionatının birinci seçmə mərhələsinin 2-ci qrupunda üçüncü oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız Farer adaları ilə qarşılaşıb.

Görüş komandamızın qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları Ümif Səlimov və Mustafa Kamara vurublar.

Futbolçularımız bununla da qrupu 3 xalla 3-cü sırada başa vurublar.

Millimiz qrupda daha əvvəl Monteneqro (2:7) və Serbiyaya (0:4) məğlub olmuşdu.