"Qarabağ" Türkiyə toplanışında Polşa klubu ilə qarşılaşacaq
“Qarabağ”ın yanvarda Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyununda qarşılaşacağı rəqiblərdən biri dəqiqləşib.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Vidzev" klubu ilə üz-üzə gələcək.
Görüş yanvarın 15-də baş tutacaq.
Xatırladaq ki, Ağdam klubu Antalyanın Belek bölgəsində məskunlaşacaq.

